Almaniyanın “Sachsen-Anhalt” freqatında İsrail istehsalı LORA ballistik raketlərinin görüntüləndiyi bildirilir.
1xeber.media xəbər verir ki, Rusiya mediasının “The War Zone” nəşrinə istinadən yaydığı məlumata görə, sentyabrın 2-də freqatdan azı iki LORA raketi buraxılıb.
LORA raketi İsrailin “Israel Aerospace Industries” şirkəti tərəfindən hazırlanıb. Onun uçuş məsafəsinin 100-430 kilometr arasında olduğu qeyd edilir.
Rusiya mediasının yazdığına görə, LORA raketləri 2020-ci ildə Azərbaycan-Ermənistan münaqişəsi zamanı da istifadə olunub. Bu məlumatlar Rusiya mənbələrinin təqdim etdiyi iddialardır.