"Ermənistan" fraksiyasının üzvü Levon Köçəryan Nikol Paşinyanın Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) lideri Qaqik Tsarukyanın, Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın və digərlərinin təqaüd ümidi ilə yaşamalı olduqları barədə açıqlamasına cavab verib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
"Sən kimsən ki, kimin necə yaşamalı olduğuna, kimin nəyi götürüb kimdən almamalı olduğuna qərar verirsən? Bütün bunlar diktatura sisteminin yaradılması və dərinləşdirilməsi üslubuna uyğundur... Axı əmlakın müsadirə edilməsi ilə bağlı qanun qəbul edilib, bu işlərdə məhkəmə prosesi var, məhkəmə onların taleyini həll etməlidir. Ölkənin birinci şəxsinin ayağa qalxıb kimin necə yaşamalı olduğunu deməsi nə deməkdir?", - deyə o qeyd edib.
Oğlunun sözlərinə görə, Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan kamerasında tək qalır.