Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik Ermənistanı Gümridə yerləşən Rusiya hərbi bazasından imtina etməməyə çağırıb.
1xeber.media xəbər verir ki, Kolesnikin sözlərinə görə, Rusiya hərbi bazası müəyyən təhlükəsizlik təhdidlərinin tarazlaşdırılmasına kömək edə bilər.
Deputat bildirib ki, baza uzun illərdir Gümridə yerləşir və onun fikrincə, Ermənistan Rusiya dəstəyi olmadan təhlükəsizlik baxımından çətin vəziyyətlə üzləşə bilər. O, həmçinin Baş nazir Nikol Paşinyanı müttəfiqlərinin seçimi ilə bağlı mövqeyini dəqiqləşdirməyə çağırıb.
Kolesnikin açıqlaması Rusiya Prezidenti Vladimir Putinin Gümridəki hərbi baza ilə bağlı son mövqeyindən sonra səslənib. Putin bildirib ki, Ermənistan onun mövcudluğunu artıq zəruri hesab etməsə, Moskva bazanı şəhərdən çıxarmağa hazırdır.