ABŞ-nin sentyabrın 1-də İranın cənubundakı obyektlərə endirdiyi zərbələr nəticəsində İran Hərbi Dəniz Qüvvələrinin altı hərbçisi həlak olub.
1xeber.media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hücumun digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, daha əvvəl İran tərəfi hücum nəticəsində İran Hərbi Hava Qüvvələrinin üç pilotunun həlak olduğunu açıqlamışdı. Beləliklə, ən son məlumatlara görə, sentyabrın 1-də endirilən zərbələr nəticəsində azı doqquz İran hərbçisi həlak olub.