Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
8. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
13. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
14. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
16. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
17. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.