Xalq artisti Emin Ağalarov uşaqlığında etdiyi utancverici davranışından danışıb.
1xeber.media xəbər verir ki, iş adamı illər sonra atasının pulqabından oğurluq etdiyini bildirib:
"Atam işdən gəldi və portmanatını komodun üzərinə qoydu. Uşaqlarla harasa getmək istəyirdik, yaşımız 15 olardı. Uşaqlara dedim ki, orada pul çoxdur, atam fərqinə varmaz. Biz 100 dollar götürdük. Bunu bir müddət heç kimə demədim, ancaq bu məni utandırırdı. Bir qədər sonra atamın yanına gəlib dedim ki, sənin pulqabından 100 dollar götürmüşəm, daha doğrusu, oğurlamışam. O dedi ki, "Niyə az götürmüsən?". Soruşdu nə üçün götürmüsən. Dedim uşaqlarla gəzmək, içmək, alış-veriş etmək istədik. Dedi "Yaxşı". Mən indi öz uşaqlarımla bu mövzuda danışanda deyirəm ki, istəyin, mən verəcəm, arxamca iş görməyin. O vaxt isə bunu mənə izah edən olmamışdı".