Вернуться назад Распечатать

Trampın oğlu yeni pasportunu göstərdi - “Baxın, poçtla nə gəldi!”

ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp atasının təsviri əks olunmuş yeni Amerika pasportunu nümayiş etdirib.

1xeber.media xəbər verir ki, o bu barədə təəssüratlarını “X” sosial şəbəkəsində paylaşdığı videoda bölüşüb.

“Baxın, poçtla nə gəldi. Yeni pasport! Çox həyəcanlıyam!” – deyə Erik Tramp bildirib.

Videoda o, pasportun daxili üz qabığını göstərib, burada ABŞ-nin İstiqlaliyyət Bəyannaməsinin mətni ilə əhatələnmiş Trampın təsviri yer alıb.