Ticarət məlumatlarına əsasən, sentyabrın 3-də Bitkoinin qiyməti kəskin artaraq, bu mətnin yazıldığı ana qədər 4,66% yüksəlişlə 80 880 dollara çatıb.
1xeber.media xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, bu bahalaşmaya səbəb kimi fond bazarındakı yüksəliş, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması, dolların zəifləməsi və Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini daha artırmamağa hazır olduğuna dair əlamətlər göstərilir.