Вернуться назад Распечатать

Azərbaycan komandası çimərlik voleybolu üzrə Avropa çempionatında əsas mərhələyə yüksəlib

Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatına start verilib.

1xeber.media xəbər verir ki, İtaliyanın Battipalia şəhərində keçirilən yarışda oğlanların mübarizəsində 33 ölkədən 40 cüt, qızların yarışında isə 33 ölkədən 41 cüt iştirak edir.

Azərbaycanı yarışda təmsil edən İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva mübarizəyə təsnifat mərhələsindən başlayıblar.

Qızlardan ibarət kollektiv bu mərhələdə Portuqaliya təmsilçilərinə 0:2 (14:21, 16:21) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü isə təsnifat mərhələsində Serbiya təmsilçilərinə 2:0 (21:6, 21:11) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib.

Bu gün əsas mərhələdə ilk oyununa çıxan oğlanladan ibarət komanda isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşan Finlandiya təmsilçiləri Vanhatupa/Vilyamaa ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə İbrahim Məmmədov/Muhamməd Aslanlı 2:1 (14:21, 21:18, 15:10) hesabı ilə qalib gəlib.

Komandamız sabah növbəti oyununu Norveçdən olan Kyemperud/Rinqoen cütünə qarşı keçirəcək.