Вернуться назад Распечатать

Yunanıstanda “qanuni oğru” saxlanıldı

1xeber.media xəbər verir ki, Yunanıstanda 68 yaşlı “qanuni oğru” Levan Heyranovun evində polis əməliyyatı keçirilib.

Hadisə sentyabrın 2-də baş verib. Afina və Salonikidən 40 polis əməkdaşı kriminal avtoritetin evinə daxil olaraq axtarış aparıb. Axtarış zamanı Heyranovun evindən qumbara və tapança aşkarlanıb.

Heyranov yeni həyat yoldaşı ilə birlikdə saxlanılıb. Qadın qısa müddət sonra sərbəst buraxılıb.

Tbilisi doğumlu və etnik yunan olan Levan Heyranov “qanuni oğrular” arasında sülaləvi və ən yaşlı fəaliyyətdə olan avtoritetlərdən biri kimi təqdim edilir.

Qeyd edək ki, daha əvvəl Misir 54 yaşlı kriminal avtoritet Georgi Sorokini, “qanuni oğru” Jora Taşkentski kimi tanınan şəxsi Özbəkistana təhvil vermişdi.