1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfər edəcəklər.
Bu barədə TASS-a məlumatlı mənbə bildirib. Mənbə səfərlərin planlaşdırıldığını təsdiqləyib.
Ukrayna Prezidenti Vladimir Zelenski də daha əvvəl Tramp administrasiyasının nümayəndələrinin yaxın günlərdə Moskva və Kiyevdə yeni görüşlər keçirəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya və Ukrayna paytaxtlarına səfərlərin ilkin tarixləri artıq razılaşdırılıb.
Səfərlərin əsas məqsədinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqları davam etdirmək olduğu bildirilir.
Rusiya Prezidenti Vladimir Putin isə Moskva ilə Kiyevin ilk növbədə birbaşa razılığa gəlməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, üçüncü ölkələr, o cümlədən ABŞ və Çin, yalnız tərəflərə münaqişənin həllində yardım göstərə bilərlər.