Вернуться назад Распечатать

Putin–Zelenski görüşü Qazaxıstanda keçirilə bilər

1xeber.media xəbər verir ki, Ukraynada Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Vladimir Zelenskinin görüşünün Qazaxıstanda keçirilməsi ehtimalı müzakirə olunub.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Qazaxıstanın “Ulysmedia” nəşrinə müsahibəsində bildirib.

“Zelenski ilə Putinin Qazaxıstanda görüşünün keçirilməsi imkanını müzakirə etmişik. Hesab edirik ki, Qazaxıstan belə bir rol oynaya bilər”, – Sibiqa deyib.

Ukraynanın xarici işlər naziri Kiyev tərəfindən Qazaxıstanın sülh prosesində vasitəçi kimi iştirakının müsbət qarşılandığını vurğulayıb.

Qeyd edək ki, avqustun 27-də Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov sentyabr ayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşünün keçiriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar hazırda fasilədədir, lakin prosesin yenidən aktivləşdirilməsi planlaşdırılır.