Rusiya Kiyevdə hava limanını vurdu
1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən Julyanı hava limanına PUA ilə zərbə endirib.
Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib. Zərbənin nəticələri, hava limanına dəymiş ziyanın miqyası və mümkün itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.