1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın hərbiləşdirilməsinin nəticələrinin ilk növbədə ölkənin öz əhalisi üçün ciddi problemlər yaradacağını bildirib.
Peskov sentyabrın 4-də “İzvestiya”nın sualını cavablandırarkən Ukrayna ərazisində uzaqmənzilli raketlərin istehsalının qurulması ilə bağlı yayılan məlumatların Rusiya tərəfindən yoxlanıldığını deyib.
Kremlin sözçüsü bildirib ki, Ukraynada bu istiqamətdə yaradılacaq istənilən obyekt Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf hesab ediləcək.
“Ukraynanın hərbiləşdirilməsinin bu cür təzahürləri növbəti dəfə elə ukraynalıların özləri üçün başağrısına çevriləcək”, – Peskov vurğulayıb.