1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov ABŞ-ın Ermənistan ərazisində hərbi qüvvələr yerləşdirə biləcəyini iddia edib.
Şevtsovun sözlərinə görə, “Tramp marşrutu”nun Ermənistan ərazisindən keçməsi Qərbə və ABŞ-a ölkədə hərbi qüvvələr, özəl hərbi şirkətlər və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada bilər.
O bildirib ki, belə bir infrastrukturun İran sərhədinə yaxın ərazidə yerləşdirilməsi regionda təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər.
Şevtsov bu fikirləri Şərq İqtisadi Forumunda keçirilən “KTMT–ŞƏT: təhlükəsizlik məkanı” sessiyasında səsləndirib.