Вернуться назад Распечатать

Kreml Almaniyaya cavab verdi: “İttihamların əsası yoxdur”

1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Almaniyanın Rusiyanı Leypsiq hava limanında baş verən pilotsuz uçuş aparatı insidenti ilə əlaqələndirməsini əsassız adlandırıb.

Peskov bildirib ki, Berlin Rusiyaya qarşı səsləndirdiyi ciddi ittihamları konkret dəlillərlə əsaslandırmayıb. Onun sözlərinə görə, Almaniyanın bu addımları Rusiya ilə münasibətlərdə növbəti eskalasiya mərhələsidir.

Qeyd edək ki, Almaniya hakimiyyəti Leypsiq/Halle hava limanında baş verən insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Berlin bunun ardınca Rusiyanın Bonn şəhərindəki baş konsulluğunun bağlanması və Berlindəki “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı qərarlar açıqlayıb.

Moskva isə Almaniyanın ittihamlarını rədd edir və Berlinin siyasətini münasibətlərin daha da gərginləşdirilməsinə yönəlmiş addım kimi qiymətləndirir.