Yumurta yüksək protein və zəngin qida tərkibinə görə ən faydalı qidalardan biri hesab olunur. Lakin onun düzgün saxlanmaması və istifadəsi sağlamlıq üçün risk yarada bilər.
1xeber.media xəbər verir ki, mütəxəssislər yumurtanı istifadə etməzdən əvvəl uzun müddət axar su altında yumağı məsləhət görmürlər. ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) məlumatına görə, su qabığın məsamələrindən içəri keçərək bakteriyaların yumurtaya daxil olma riskini artıra bilər.
Xüsusilə çatlamış və qabığı zədələnmiş yumurtalarda risk daha yüksəkdir. Qabıq üzərində çirk varsa, yumurtanı su altında yumaq əvəzinə təmiz və quru parça və ya kağız dəsmalla ehtiyatla silmək tövsiyə olunur.
Mütəxəssislər yumurtaların soyuducuda, mümkün qədər sabit temperaturda saxlanmasını tövsiyə edirlər. Yumurtaları soyuducunun qapısında deyil, əsas rəflərdən birində və öz qablaşdırmasında saxlamaq daha məqsədəuyğundur.
Çiy yumurta ilə təmasdan sonra əllər və istifadə olunan qab-qacaq yaxşıca yuyulmalıdır. Yumurtanı isə ağının və sarısının tam bərkiyəcəyi qədər bişirmək məsləhətdir. Bu, Salmonella kimi bakteriyalardan yaranan qida zəhərlənməsi riskini azaltmağa kömək edir.
Bundan əlavə, soyuducudan çıxarılmış yumurtaları uzun müddət otaq temperaturunda saxlamaq olmaz. USDA yumurtaların iki saatdan artıq soyuducudan kənarda qalmamasını tövsiyə edir.
Yumurta ilə bağlı əsas qaydalar: