Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
1xeber.media xəbər verir ki, Anar Əcəmov bundan əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edib, həmçinin, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb.
A.Əcəmovun atası kimya elmləri doktoru, professor, Əməkdar müəllim Keykavus Əcəmovdur. 1982-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alan K.Əcəmov uzun illər Azərbaycan Neft və Kimya İnstitutunda (ADNSU) çalışaraq yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük rol oynayıb. Keykavus Əcəmov 2020-ci ilin dekabr ayında Bakıda vəfat edib.