Вернуться назад Распечатать

İçərişəhərdə yerləşən otel 3,75 milyona satışa çıxarıldı

Bakının Səbail rayonunda, tarixi İçərişəhər ərazisində fəaliyyət göstərən “The Watergate Hotel” satışa çıxarılıb.

1xeber.media yeni sabah-a istinadla xəbər verir ki, obyekt üçün tələb olunan məbləğ 3 milyon 750 min manatdır.

Ümumi sahəsi 440 kvadratmetr təşkil edən otel əlverişli məkanda — "İçərişəhər" metro stansiyasına piyada 5 dəqiqəlik, Fəvvarələr meydanına isə cəmi 500 metr məsafədə yerləşir. 

Təmirli 13 otaqdan ibarət olan binanın küçədən müstəqil girişi və xüsusi lifti var.

Məlumata görə, daşınmaz əmlak hazırda uzunmüddətli müqavilə əsasında fəaliyyət göstərir və sahibinə ayda 15 min manat icarə gəliri gətirir.