Вернуться назад Распечатать

İşləyənlərin diqqətinə: Sentyabr ayında əlavə tətil yoxdur

İstirahət günlərini planlaşdırmağı sevənlər üçün bu ay bir qədər monoton keçəcək.

1xeber.media xəbər verir ki,cari sentyabr ayında rəsmi təqvimlə heç bir bayram və ya əlavə qeyri-iş günü nəzərdə tutulmayıb.

Beşgünlük iş qrafiki ilə çalışanlar yalnız standart şənbə və bazar günləri istirahət edə biləcəklər. Altıgünlük iş rejimində olanlar üçün isə ay ərzində cəmi 4 bazar günü tam qeyri-iş günü sayılacaq. Qısası, növbəti rəsmi tətil günlərinə qədər tam gücümüzlə işə və dərslərə köklənməliyik.