Вернуться назад Распечатать

Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı

Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda 6 mərtəbəli hoteldə yanğın olub.

1xeber.media "TRT Haber"ə istinadən xəbər verir ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.

Yanğın qısa zamanda yuxarı mərtəbələrə yayılıb. Köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib

Xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb. Yanğın söndürülüb.