Вернуться назад Распечатать

İranda dolların məzənnəsi rekord həddə çatdı

İranda valyuta bazarında gərginlik davam edərkən ABŞ dollarının məzənnəsi kəskin yüksəlib.

1xeber.media  xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, dolların məzənnəsi 225 min tümənə çataraq yeni rekord müəyyənləşdirib.

Digər əsas xarici valyutaların qiymətində də artım qeydə alınıb. Hazırda avronun məzənnəsi 261 min 440 tümən, funt-sterlinq 305 min 760 tümən, BƏƏ dirhəmi isə 61 min 760 tümən təşkil edir.

Valyuta məzənnələrindəki yüksəliş ölkədə qiymət artımı fonunda baş verir.