Вернуться назад Распечатать

Vensdən İrana xəbərdarlıq: “Özünüzü dəli kimi aparmayın”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın ticarət gəmilərinə hücumlarını dayandırmalı olduğunu bildirib.

1xeber.media xəbər verir ki, Vens İranla bağlı açıqlamasında bildirib ki, hazırkı vəziyyət demək olar ki, münaqişə başlamazdan əvvəlki vəziyyətə qayıdıb.

“İndi isə vəziyyət demək olar ki, münaqişə başlamazdan əvvəlki vəziyyətə qayıdıb. Buna görə iranlılara məsləhətim budur: özünüzü dəli kimi aparmağı dayandırın və kommersiya gəmilərinə atəş açmağı dayandırın. Bu arada isə biz də üzərimizə düşəni etməliyik”, – ABŞ vitse-prezidenti deyib.