Вернуться назад Распечатать

Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, sentyabrın 6-da Kiyevdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Amerika nümayəndə heyəti ilə danışıqlar baş tutacaq.

1xeber.media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarınbda yazıb.

"ABŞ Prezidentinin (Donald Tramp) nümayəndələri artıq bu gün Rusiya tərəfi ilə işə başlayıblar. Sabah Kiyevdə Amerika komandasının iştirakı ilə diplomatik tədbirlərin planı təsdiqlənib. Stiv Vitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu danışığa hazırıq", - Zelenski dəqiqləşdirib.

O həmçinin təsdiqləyib ki, danışıqlar müddətində Ukrayna Silahlı Qüvvələri hava zərbələrinin dayandırılması rejiminə əməl edəcək: "Bundan sonra və şənbə gününün sonunadək, eləcə də bazar və bazar ertəsi günləri Ukrayna Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır və hesab edirik ki, ruslar da Kiyevə".

Ukrayna lideri həmçinin Kiyevin diplomatik trekdəki fəaliyyətinin güclü və effektiv olacağına ümid etdiyini bildirib.