Вернуться назад Распечатать

TMG fəaliyyətə başladı!-VİDEO

1xeber.media xəbər verir ki, yeni beynəlxalq informasiya platforması TMG sosial şəbəkələr üzərindən fəaliyyətə başlayıb.

TMG Azərbaycanda və dünyada baş verən ən mühüm hadisələri operativ, dəqiq və peşəkar şəkildə auditoriyaya çatdıracaq.

Siyasətdən iqtisadiyyata, regional proseslərdən qlobal hadisələrədək ən son xəbərlər TMG-nin sosial media kanallarında ingilis dilində yayımlanacaq.

Əsas məqsədimiz Azərbaycanın səsini, ölkəmizin mövqeyini və regionda baş verən hadisələrin həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaqdır.

TMG — Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi.