Вернуться назад Распечатать

İshaq Dar və Hakan Fidan Məkkə sazişini müzakirə ediblər

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb və birgə müdafiə haqqında Məkkə sazişini müzakirə ediblər.

1xeber.media  xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Məkkə Müdafiə Alyansının əməkdaşlığını daha da inkişaf etdirmək yolları müzakirə edilib", - məlumatda bildirilib.

Söhbət zamanı regional və beynəlxalq proseslər ətrafında da fikir mübadiləsi aparılıb.

Pakistan və Türkiyənin XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri, çoxtərəfli platformalarda əməkdaşlığı daha da gücləndirmək imkanlarını müzakirə edib və sıx təmasda qalmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə birgə müdafiə haqqında saziş imzalayıb. Sənədə əsasən, üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş kimi qiymətləndiriləcək.