Вернуться назад Распечатать

Fransa Ukraynaya yardımı yenidən nəzərdən keçirə bilər

1xeber.media xəbər verir ki, Fransa Ukraynaya göstərdiyi qeyd-şərtsiz maliyyə və hərbi dəstəyi daha praqmatik münasibətlərlə əvəz etməlidir. Bunu sentyabrın 7-də Fransanın “Milli Birlik” (RN) partiyasının lideri Jordan Bardella bildirib.

Bardella “Bloomberg”ə müsahibəsində Fransanın ağır borc və büdcə kəsiri şəraitində Ukraynaya heç bir təminat olmadan maliyyə dəstəyi vəd etməsinin məsuliyyətsiz olduğunu deyib.

Onun sözlərinə görə, Parisin Kiyevə dəstək siyasəti tamamilə yenidən nəzərdən keçirilməlidir. Bardella ABŞ-ın Ukraynaya yardım müqabilində müəyyən təminatlar tələb etməsini müsbət qiymətləndirib. O, xüsusilə Ukraynanın nadir torpaq elementləri ilə bağlı güzəştləri nümunə göstərib.

Fransız siyasətçi həmçinin təklif edib ki, Avropa ölkələrinin Ukraynaya ayırdığı maliyyə əsasən həmin ölkələrin müdafiə sənayesindən silah və hərbi texnika alınmasına yönəldilsin.