1xeber.media xəbər verir ki, ABŞ-nin Mayami Beynəlxalq Hava Limanında “Amazon”a məxsus yük təyyarəsi qəza törədib.
Hadisə sentyabrın 6-da “Boeing 767-300” tipli təyyarənin eniş zamanı uçuş-enmə zolağını aşması və bir neçə avtomobilə çırpılması nəticəsində baş verib. Təyyarə daha sonra alovlanıb.
Qəza nəticəsində azı 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, “Boeing 767-300” təyyarəsi “Amazon Prime Air” reysi ilə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub. Təyyarəni “21 Air” şirkəti istismar edib.
Qəzanın səbəbləri araşdırılır. Hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) araşdırmaya başlayıb.