1xeber.media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Rusiyaya səfər etməsi mümkündür.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
Peskov daha əvvəl Moskva ilə İrəvan arasında tərəfdaşlığın hər iki tərəfin maraqlarına uyğun olduğunu vurğulayıb.
Paşinyanın mümkün Moskva səfərinin Rusiya-Ermənistan münasibətlərinin gündəliyində mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıya biləcəyi qeyd olunur.