KXDR lideri Kim Çen In bildirib ki, Şimali Koreya ən güclü strateji aktivlərini əsas sularda yerləşdirəcək və hərbi gücünü artırmağa davam edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In və qızı "Kanq Qon" esminesinin istismara verilməsi mərasimində iştirak ediblər. Şimali Koreya lideri çıxışında güc balansının qorunmasının sülhü qorumağın yeganə yolu olduğunu vurğulayıb. O qeyd edib ki, Şimali Koreya dəniz suverenliyini, Şimal-Şərqi Asiyada təhlükəsizliyi və qlobal sülhü qorumaq üçün ən vacib sularında güclü strateji aktivlər yerləşdirmək niyyətindədir. Kim Çen Inın sözlərinə görə, Pxenyan düşmənlərinin qorxduğu "böyük hərbi gücünü" uzun müddət artırmağa davam edəcək.