Вернуться назад Распечатать

Tatarıstan dron hücumuna məruz qaldı

Tatarıstan Respublikasının Zakamye bölgəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

1xeber.media xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat katibi Liliya Qalimova məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində PUA qalıqlarının düşməsi səbəbindən həm mülki, həm də sənaye obyektlərinə cüzi ziyan dəyib.

Qalimova bildirib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb, dağıntı qeydə alınmayıb. İstehsal prosesləri də pozulmayıb.