Вернуться назад Распечатать

Yaşar Nurinin həyat yoldaşı: “Son anında onu qucaqladım və dedim: “De, səni sevirəm”, cavab verdi ki, “Ayıbdır, bəsdir””

 

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva onunla bağlı maraqlı açıqlamalar verib. Rəhimə Nuriyeva "Bakı gündəliyi" proqramında aktyorla tanışlığından və ailə həyatından danışıb. O bildirib ki, sevgi ilə ailə qurmayıblar, onları valideynləri tanış edib:

 “Biz Sovetkis məhəlləsində yaşamışıq. Onun valideynləri məni ona məsləhət görüblər, deyiblər, rahat insandır. O da üç gün arxamca gəzib, məni yoxlayıb. Ondan sonra görüşdük. İlk görüşə qısa ətək geyinmişdim. Dedi ki, get əyinini dəyiş, gəl. Getdim, dəyişdim. Yolu keçəndə səhv etdim, üstümə qışqırdı. Onda anladım ki, çətin adamdır. pizza sifarişi

 

Amma ailə qurandan dünyasını dəyişənə qədər mənim üstümə qışqırmayıb. Ona rahat olmayan heç nəyi etməmişəm. Amma od püskürürdü. Evə girəndə yalandan hay-küy yaradırdı.

 

Bizim münasibətimizdə sevgi olmayıb. Bizim vaxtımızda əsasən ailə səni təqdim edirdi. Həmin vaxt konservatoriyada oxuyurdum, fərqli geyinirdim.

 

Amma son anında onu qucaqladım və dedim: “De, səni sevirəm”. Cavab verdi ki, “Ayıbdır, bəsdir”.(Axşam.az)