
Hindistanda Qanq çayında suyun səviyyəsinin kəskin yüksəlməsi 175 illik “Şiva” məbədinin sular altında qalmasına səbəb olub.
1xeber.media xəbər verir ki, tarixi məbəd güclü yağışlar və çayda suyun səviyyəsinin artması nəticəsində tamamilə suya qərq olub. Hadisə ərazidə böyük maraq doğurub.
Məbədin Qanq çayının sahilində yerləşdiyi və uzun illərdir dini ziyarət məkanı kimi istifadə edildiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə çayın güclü axınının məbədi necə əhatə etdiyi və tarixi tikilinin sular arasında qaldığı görünür.
Hadisənin görüntüləri sosial mediada geniş yayılıb.