Kiyevdə Moskva və Minskin adları, Qəhrəman Şəhərlər Xiyabanında Sovet Qızıl Ulduz medallarının təsvirləri sökülüb.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın “Korrespondent” nəşri məlumat yayıb.
Tədbirin təşəbbüskarı İkinci Dünya Müharibəsi Milli Ukrayna Tarixi Muzeyi olub.
“Bu gün Müharibə Muzeyi Qəhrəman Şəhərlər Xiyabanında şəhərlərin Moskva və Minskin adlarını əks etdirən hərfləri və Sovet Qızıl Ulduz medallarının şəkillərini sökməyi üzərinə götürüb” quruma müraciət edən ekspertlər mədəniyyət obyektinin hissələrinin götürülməsi və bərpasının zəruri olduğu qənaətinə gəliblər.