İranda benzinin qiyməti ikiqat artırıldı
1xeber.media xəbər verir ki, İranda benzin istehlakı aylıq 110 litrdən çox olan şəxslər üçün yanacağın qiyməti artırılıb.
Yeni qərara əsasən, 110 litrlik aylıq limitdən artıq istifadə edilən benzin üçün hər litrin qiyməti 100 min rial təşkil edəcək. İlk iki kvota üzrə qiymətlər isə dəyişməyib.
Beləliklə, üçüncü kvota üzrə yanacağın qiyməti əvvəlki tariflə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. İran hökuməti qərarı ölkədəki mövcud iqtisadi vəziyyət və yanacaq istehlakının artması ilə əlaqələndirib.
Qeyd edək ki, İranda benzin qiymətlərinin artırılması daha əvvəl də etirazlara səbəb olub.