Вернуться назад Распечатать

Trampın xəritəsi İslandiyanı qarışdırdı: ABŞ səfiri çağırıldı

1xeber.media xəbər verir ki, İslandiyanın xarici işlər naziri Torgerdür Katrin Günnarsdottir ABŞ-ın İslandiyadakı səfiri Billi Lonqu ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı xəritəyə görə görüşə çağırıb.

Səbəb Trampın paylaşdığı və İslandiya ilə yanaşı bir sıra digər ölkələrin ABŞ bayrağının rəngləri ilə göstərildiyi xəritə olub. İslandiya Xarici İşlər Nazirliyi paylaşımı “tamamilə yersiz” adlandırıb.

Xəritədə İslandiya, Qrenlandiya, Kanada, Kuba, Meksika, Mərkəzi Amerika ölkələri və Karib hövzəsinin bir sıra dövlətləri ABŞ bayrağı ilə örtülmüş şəkildə göstərilib.

Tramp paylaşımda xəritəyə hər hansı açıqlama və ya izah əlavə etməyib.