Kreml açıqladı: Rusiyada döyüşən hindistanlılar ölkələrinə göndəriləcək
1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin tərkibində xüsusi hərbi əməliyyatda iştirak edən Hindistan vətəndaşları şəxsiyyətləri müəyyənləşdirildikdən sonra vətənlərinə göndəriləcəklər.
Bu barədə sentyabrın 8-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, hazırda döyüş bölgəsində olan Hindistan vətəndaşlarının siyahısı hazırlanır. Şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların Hindistana qaytarılması həyata keçiriləcək.
Peskov əlavə edib ki, məsələ ilə bağlı Rusiya tərəfi Yeni Dehli ilə sıx əlaqə saxlayır.