Вернуться назад Распечатать

Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ

2026-cı ilin yanvar-avqust aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alınmasına görə vətəndaşlara 23 milyon 206,73 min manat ƏDV geri qaytarılıb.

1xeber.media xəbər verir ki, vəsait “ƏDV geri al” layihəsi çərçivəsində müvəkkil banklar tərəfindən fiziki şəxslərə ödənilib.

Qaytarılma bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsini əhatə edir.