Вернуться назад Распечатать

Cahid İsayevə hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

1xeber.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Cahid Kamal İsayev verilmiş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Cahid Kamal İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səyahət edərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.