Вернуться назад Распечатать

Sibiqa Avropadan Ukraynaya köhnələn raketləri istədi

1xeber.media xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropadakı müttəfiqləri Kiyevə müddəti bitmək üzrə olan hava hücumundan müdafiə raketlərini mümkün qədər tez göndərməyə çağırıb.

Sibiqa bildirib ki, anbarlarda saxlanılan və istifadə müddəti başa çatmaq üzrə olan raketlər Ukrayna səmasının müdafiəsi üçün istifadə edilməlidir. O, bu çağırışı sentyabrın 8-də sosial şəbəkə hesabında paylaşıb.

Nazir həmçinin Avropa ölkələrini Almaniyanın nümunəsini izləməyə və qitədə fəaliyyət göstərən bütün “Rusiya evləri”ni bağlamağa çağırıb. Onun sözlərinə görə, bununla Rusiyanın humanitar və mədəni təsir kanallarının qarşısını almaq mümkündür.

Sibiqanın açıqlaması Kiyevə növbəti raket və dron hücumlarından sonra verilib. Böyük Britaniya da həmin gün Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün 100 milyon funt sterlinqlik paket açıqlayıb.