Вернуться назад Распечатать

Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq – RƏSMİ

İqtisadçı Natiq Cəfərli 2027-ci ilin yanvarında pensiya və maaşlarda artım gözlənildiyini bildirib. Onun sözlərinə görə, artım 8-10 faiz civarında ola bilər. 

1xeber.media xəbər verir ki, Global.info məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.
Nazirlikdən bildirilib ki, Azərbaycanda pensiyaların mütəmadi artırılması təmin olunur. 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyə qədər artım baş verib. Pensiyaların hər ilin əvvəlində indeksləşdirilməsi də bu artımlarda mühüm rol oynayır.
Qurumun məlumatına görə, pensiyalar əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi əsasında indeksləşdirilir. Bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunur. Daha sonra həmin göstəriciyə uyğun olaraq pensiyaların artımı təmin edilir.
2026-cı ilin əvvəlində bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib. Artım 1,1 milyon pensiyaçını əhatə edib. Nazirlik vurğulayıb ki, 2027-ci ilin əvvəlində də pensiyaların artırılması Dövlət Statistika Komitəsinin təqdim edəcəyi göstərici əsasında həyata keçiriləcək. Hazırda 2027-ci il üzrə artımın dəqiq faizi müəyyənləşməyib.