Вернуться назад Распечатать

Rusiya Türkiyəyə gübrə ixracını artıracaq

1xeber.media xəbər verir ki, Rusiya və Türkiyə arasında Ankaranın Rusiyadan azot gübrələri alışını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması gözlənilir.

“Bloomberg”in məlumatına görə, yeni razılaşma Türkiyəyə Körfəz ölkələrindən karbamid tədarükündə yaranan çətinlikləri də aradan qaldırmağa kömək edə bilər.

Gözlənilən razılaşmanın Türkiyəni Rusiyanın azot və fosfat gübrələri, eləcə də ammonyak ixracına tətbiq etdiyi məhdudiyyətlərdən azad edəcəyi bildirilir. Bununla da Ankara əkin kampaniyası ərəfəsində lazımi gübrə və xammalla təmin oluna bilər.

Rusiya dünyada gübrə istehsalının əsas mərkəzlərindən biridir. Türkiyədə isə illik gübrə istehsalı təxminən 5 milyon ton olduğu halda, daxili tələbat 7 milyon tona çatır.

2026-cı ilin iyununda Rusiyadan Türkiyəyə gübrə tədarükünün ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfədən çox artıb.