Вернуться назад Распечатать

Şuşaya gələn din xadimləri Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər.

Qonaqlara həmin məscidlərinin tarixi, fəaliyyəti barədə geniş məlumatlar verilib, bu dini məbədlərin işğal dövründəki fotoları onlara təqdim olunub.

Qeyd edilib ki, Şuşa şəhərində mövcud olan 21 məscidin bir çoxu işğal dönəmində dağıdılıb, ziyarət olunan məscidlərdə isə donuz saxlanılıb.

Azərbaycan ərazilərinin işağalı zamanı tarixi-dini abidələrin də ermənilərin vandalizm siyasətinə məruz qaldığı qonaqların diqqətinə çatdırılıb.

16:52

Türkiyə, Gürcüstan və İraqdan gələn din xadimləri Şuşa qalasını ziyarət ediblər.

Qonaqlar qala divarlarının tarixi və əhəmiyyəti barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, Şuşa qalasında üç - Gəncə, İrəvan və Ağoğlan istiqamətdə qapılar mövcud olub. Qapıların hər birinin həm özünün xüsusi əhəmiyyəti olduğu qonaqların diqqətinə çatdırılıb.

Daha sonra qala divarları qarşısında xatirə şəkli çəkdirilib.

16:39

Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Şuşa şəhərində Zəfər abidəsini ziyarət ediblər.

Qonaqlar Zəfər meydanında Azərbaycanın dünya şöhrətli musiqiçiləri Üzeyir Hacıbəyli, Bülbül və şairə Xurşidbanu Natəvanın büstlərinin işğal dövründə güllələnməsi barədə məlumatlandırılıblar.

Daha sonra qonaqlar Natəvanın evi və onun təşəbbüsü ilə inşa edilən bulaq kompleksinə baş çəkiblər.

16:21

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Şuşa şəhərinə səfəri başlayıb.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutan səfər zamanı qonaqlar şəhərin gəzməli yerləri və turizm məkanlarında olacaqlar.

Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Qonaqlar Şuşaya səfər zamanı Güllələnmiş heykəllər, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı və Mamayı məscidləri, Cıdır düzü, Vaqif muzey-məqbərə kompleksini ziyarət edəcəklər.