Вернуться назад Распечатать

Ukrayna Rusiyada avtovağzala zərbə endirdi

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinin Zlınka şəhərindəki avtovağzala zərbə endirib.

Bryansk vilayətinin qubernator səlahiyyətlərini icra edən Yeqor Kovalçukun açıqlamasına görə, hücum nəticəsində bir kişi həyatını itirib. O, mərhumun yaxınlarına başsağlığı verib və ailəyə lazımi yardım göstəriləcəyini bildirib.

Bundan əvvəl Sevastopolda çimərliyə hücum edildiyi, nəticədə 57 yaşlı qadının ayağından yaralandığı açıqlanmışdı. Həmçinin Krıma edilən dron hücumu nəticəsində iki nəfərin öldüyü bildirilmişdi.