Вернуться назад Распечатать

Moskva MAQATE hesabatını qəbul etmədi

1xeber.media xəbər verir ki, Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Ukraynadakı nüvə təhlükəsizliyi ilə bağlı hesabatını siyasi qərəzli sənəd kimi qiymətləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, hesabat Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı real vəziyyəti əks etdirmir.

Onun sözlərinə görə, sənəddə Avropanın ən böyük atom elektrik stansiyasının Rusiyaya məxsus olması faktı nəzərə alınmayıb. Zaxarova həmçinin MAQATE rəhbərliyini ZAES infrastrukturuna hücumlarda Kiyev rejiminin məsuliyyətini açıq şəkildə göstərməməkdə ittiham edib.

Rusiya rəsmisi hesabatda stansiyada vəziyyətin ciddi şəkildə pisləşdiyinin qeyd olunmasına baxmayaraq, MAQATE-nin hücumların səbəbləri ilə bağlı mövqeyinin obyektiv olmadığını iddia edib.