Вернуться назад Распечатать

Fərid Qayıbov Filip Juda ilə minifutbola aid beynəlxalq əlaqələrin genişləndirilməsini müzakirə edib

Gənclər və idman naziri Fərid Qayıbov Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judanı qəbul edib.

1xeber.media xəbər verir ki, görüş zamanı minifutbolun Azərbaycanda inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidentləri Taleh Nəsibov və Azər Hüseynov da iştirak ediblər.