Вернуться назад Распечатать

125 illik dövr BAĞLANDI

Volkswagen Osnabründəki zavodunda avtomobil buraxılışını tamamilə sonlandıraraq, müəssisəni hava hücumundan müdafiə sistemləri istehsal edən hərbi sənaye mərkəzinə çevirmək qərarına gəlib. Asiya bazarından gələn kəskin rəqabət təzyiqi və maliyyə daralması fonunda atılan bu addım dünya avtomotiv sektorunda geniş əks səda doğurub.

1xeber.media  xarici mediaya istinadən xəbər verir ki, yeni strukturlaşma çərçivəsində zavodda İsrailin məşhur “Rafael” müdafiə şirkəti ilə tərəfdaşlıq əsasında hava hücumundan müdafiə sistemlərinin komponentləri istehsal olunacaq. Şirkətin baş direktoru Oliver Blume bu addımın Osnabründəki müəssisə üçün yeni sənaye gələcəyi açacağını bildirib. Aşağı Saksoniya əyalət hökuməti də layihənin Avropanın təhlükəsizlik arxitekturasına mühüm töhfə verəcəyini vurğulayıb.

Volkswagen-in 17 faizlik səhmdarı olan Katarın İsrail şirkəti ilə birbaşa tərəfdaşlığa etiraz etməsi xüsusi bir transfer modelinin tətbiqinə səbəb olub. Hazırlanan niyet razılaşmasına əsasən, müəssisənin nəzarət paketləri İsrail mənşəli “Aurelius Capital” investisiya fonduna keçib, Aşağı Saksoniya Əyalət Hökuməti də zavodda pay sahibi qismində yer alıb. 

İstehsal profilinin dəyişdirilməsinə baxmayaraq, zavodda çalışan 1800 nəfərdən 1200-ünün iş yeri 2029-cu ilin sonunadək rəsmi olaraq qorunub saxlanılıb. Bununla da Osnabründəki əsrlik avtomobil istehsalı dövrü qapanaraq bütövlükdə hərbi sənaye sahəsinə yönəlib.