Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukrayna prezidenti Volodimir Zelenskini tənqid edərək Kiyevdən Berlinin maraqlarını nəzərə almağı tələb edib.
1xeber.media xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya XİN başçısı Berlinin Ukraynaya göstərdiyi geniş maliyyə və hərbi yardımdan fayda əldə etməli olduğunu bildirib.
Vadeful Kiyevi Almaniyanın hərbi-sənaye kompleksinə verdiyi sifarişlərin həcmini artırmağa çağırıb.
“Hazırda Almaniyada yerləşdirilən sifarişlərin sayından tam razı deyilik. Buna görə də Ukrayna hökumətindən bu məsələyə yenidən baxmağı və vəziyyətin yaxşılaşdırılmasını təmin etməyi xahiş etdik”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Berlinin Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərində istifadə olunan PAC-2 raketləri verəcəyini açıqlamışdı. Almaniya, həmçinin Böyük Britaniyanın rəhbərlik etdiyi konsorsium vasitəsilə on minlərlə uzaqmənzilli artilleriya mərmisinin alınmasını əlavə olaraq maliyyələşdirəcək.