Вернуться назад Распечатать

Çində torpaq sürüşmələrinə görə 15 mindən çox sakin təxliyə edilib

Çinin şərqindəki Ciansi əyalətində baş verən torpaq sürüşmələri və palçıq axınına görə 15 mindən çox sakin təxliyə edilib.

1xeber.media əyalətin fövqəladə hallarla mübarizə qərargahına istinadla xəbər verir ki, sentyabrın 5-də Suyçuan rayonunun Minken kəndində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 12-yə çatıb, bir nəfər hələ də itkin hesab olunur.

Bir neçə gün davam edən leysan yağışlardan sonra rayonun Cuoan və Tanhu şəhərlərində baş verən torpaq sürüşmələrindən sonra bir nəfərin öldüyü, 2 nəfərin isə itkin düşdüyü bildirilib.

Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları, yolların möhkəmləndirilməsi və təkrar baş verə biləcək fəlakətlərin qarşısının alınması işləri davam edir.