1xeber.media xəbər verir ki, Rusiyanın Rostov vilayətində hava hücumu zamanı 15-ə yaxın pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Bu barədə sentyabrın 9-da vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, PUA-lar Şoloxov, Neklinov, Matveyevo-Kurqan, Bokov, Çertkov və Azov rayonları üzərində vurulub.
Qubernator hücum nəticəsində digər mümkün fəsadlarla bağlı əlavə məlumat verməyib.